İran ABŞ-ın Ər-Riyaddakı səfirliyinə zərbə endirdi – VİDEO

İran ABŞ-ın Ər-Riyaddakı səfirliyinə zərbə endirdi – VİDEO

Hazırda oxunan: İran ABŞ-ın Ər-Riyaddakı səfirliyinə zərbə endirdi – VİDEO

599316

ABŞ-ın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinə dron hücumu edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirlik iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində səfirlikdə kiçik yanğın və maddi ziyan qeydə alınıb.

Hadisənin səfirliyin təhlükəsizliyinə əhəmiyyətli təsir göstərmədiyi bildirilib.

ABŞ səfirliyi sosial media hesabında Səudiyyə Ərəbistanında yaşayan ABŞ vətəndaşlarını hazırda olduqları yerdə qalmağa çağırıb və təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb.

ABŞ-ın yüksəkvəzifəli rəsmisi səfirliyə hücumu təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO