Liviyada siyasi böhran DƏRİNLƏŞİR - 2 Baş nazir…

Liviyada siyasi böhran DƏRİNLƏŞİR - 2 Baş nazir…

Hazırda oxunan: Liviyada siyasi böhran DƏRİNLƏŞİR - 2 Baş nazir…

59800

Ötən ilin dekabrında planlaşdırılan seçkilərin uğursuzluğundan sonra Haftarı dəstəkləyən Nümayəndələr Palatası Fəthi Başağanı yeni baş nazir seçib. Hazırkı baş nazir Dibeybe bu qərarı tanımayıb.

Bizim.Media xəbər verir ki, Tobruk şəhərində yerləşən Nümayəndələr Palatası 24 dekabr 2021-ci il üçün nəzərdə tutulan seçkiləri keçirə bilməyib. 

Bu səbəbdən palata legitimliyini itirdiyini iddia etdiyi baş nazir Əbdülhəmid Dibeybenin yerinə keçmiş daxili işlər naziri Fəthi Başağanı baş nazir seçib.

İki Baş nazir…

Qərb ölkələrinin dəstəklədiyi Dibeybe, bu vəziyyəti qəbul etməyib və vəzifədən getməyi rədd edib. İşinin başında olduğunu vurğulayan Dibeybe, “Əvvəlki kimi indi də liviyalıların yeni bir müharibəyə sürüklənməsini rədd edirəm. Tripoli xalqı özünü müdafiə edəcək”, - deyə bildirib.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO