Moskva Klassik Teatrının aktyorları Bakıya heyran olduqlarını bildiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Trend agentliyinin jurnalisti Vüqar İmanov TikTok hesabında paylaşıb.
Paytaxtın restoranlarından birində nahar edən aktyorlar şəhərə olan sevgilərindən danışıblar və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, fevralın 16-da rusiyalı aktyorlar bakılı tamaşaçılara “Master and Marqarita” əsəri əsasında hazırlanmış “Master və Marqarita” tamaşasını təqdim ediblər. Quruluşda klassik teatr ənənələri ilə müasir texnologiyaların elementləri birləşdirilib.
Tamaşa şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:10 / 17.02.2026
Rusiyalı aktyorlar Bakıya heyran qaldı – VİDEO
Hazırda oxunan: Rusiyalı aktyorlar Bakıya heyran qaldı – VİDEO
Hazırda oxunan: Rusiyalı aktyorlar Bakıya heyran qaldı – VİDEO
596789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































