Vaşinqtonun Kubaya qarşı neft blokadası fonunda ABŞ-ın Dövlət katibi Marko Rubio Havana ilə əlaqə saxlayır.
Bizim.Media xəbər verir ki, Prezident Donald Tramp bu barədə təyyarəsində jurnalistlərlə söhbət zamanı deyib.
“Hazırda Kuba ilə danışıqlar aparırıq və Havana mütləq razılaşmaya getməlidir, çünki əks halda, real humanitar təhlükə yaranacaq”, - deyə o bildirib.
Birləşmiş Ştatların dövlət başçısı Kubada hətta təyyarə yanacağının belə tükəndiyini deyib.
ABŞ Prezidenti, həmçinin Kubada Venesueladakı əməliyyata bənzər tədbirlərə ehtiyac görmədiyini söyləyib.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatdan sonra Donald Tramp dəfələrlə Kubanın növbəti hədəflərindən biri ola biləcəyini vurğulayıb. Daha sonra o, Kubanın yaratdığı “təhdid” səbəbindən Havanaya neft tədarük edən ölkələrin məhsullarına rüsum tətbiq etmək səlahiyyəti verən sərəncam imzalayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:11 / 17.02.2026
Tramp Kubanı ABŞ ilə razılığa gəlməyə çağırdı
Hazırda oxunan: Tramp Kubanı ABŞ ilə razılığa gəlməyə çağırdı
Hazırda oxunan: Tramp Kubanı ABŞ ilə razılığa gəlməyə çağırdı
596722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































