ABŞ Yaxın Şərqdəki aviasiya qruplaşmasını gücləndirmək üçün ötən gün bölgəyə daha 18 ədəd beşinci nəsil “F-35A Lightning II” stels-qırıcı təyyarəsi göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə “Itamilradar” portalı məlumat yayıb.
ABŞ qırıcılarının Böyük Britaniyada yerləşən Leykenhit hava bazasından Yaxın Şərqə köçürüldüyü bildirilir.
Bu köçürmənin miqyası İranla münasibətlərdə artan gərginlik fonunda ABŞ-nin bölgədəki hərbi potensialının kəskin artırılmasından xəbər verir.
Yeni təyyarələrin gəlişi ilə ABŞ-nin Yaxın Şərqdəki təyyarələrinin sayı artıq 30 ədəd “F-35A” qırıcısına, iki eskadrilya “F-15E Strike Eagle” qırıcısına (24 təyyarə) və bir eskadrilya “A-10 Thunderbolt II” hücum təyyarəsinə (12 təyyarə) çatıb.
Daha əvvəl Ərəbistan dənizinə göndərilmiş “USS Abraham Lincoln” daşıyıcı zərbə qrupunun tərkibinə bir eskadrilya “F-35C Lightning II” qırıcısı və üç eskadrilya “F/A-18E/F Super Hornet” qırıcısı daxildir. Hər eskadrilyanın tərkibində təxminən 12 təyyarənin olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:30 / 17.02.2026
ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi
Hazırda oxunan: ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi
Hazırda oxunan: ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi
596705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































