Moskva yaşayış kompleksində evli cütlüyün cəsədləri tapılıb.
Bizim.Media xəbər verir ki, ər və arvadın cəsədləri binanın pəncərələrinin altından aşkar edilib.
Bu barədə informasiyanı Dadaş Əhmədli adlı şəxs özünün Facebook səhifəsində paylaşıb.
Onun sözlərinə görə, cütlük azərbaycanlı olub:
“Hadisə mənzildə olan beş yaşlı uşaqlarının gözü qarşısında baş verib. Cütlük geyim və alt paltarı mağazasına sahib olub. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində işləyiblər, sonra Moskvaya köçüb evlərinin yaxınlığında biznes açıblar.Hadisənin səbəbi məlum deyil. Cütlüyün üç uşağı var”.
Mk.ru saytı isə hadisə ilə bağlı ilkin ekspertizanın nəticələrini açıqlayıb. İddiaya görə, onlar intihar ediblər.

Bizim.Media

- A-
- A
- A+
Dünya
10:25 / 17.02.2026
Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO
Hazırda oxunan: Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO
Hazırda oxunan: Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO
596704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































