Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Hazırda oxunan: Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

596515

Rusiyanın “Dojd” telekanalının aparıcısı Yekaterina Kotrikadze Rusiya ordusu barədə saxta məlumat yaymaqda təqsirli bilinərək qiyabi şəkildə səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RIA Novosti yayıb.

Agentliyin məlumatına görə, hökmü Moskvanın Qolovinski məhkəməsi çıxarıb.

“8 il müddətinə ümumi rejimli cəza koloniyası təyin edilib”, — deyə hakim bildirib.

Bundan əlavə, məhkəmə Kotrikadzeyə dörd il müddətinə internet saytlarını idarə etməyi qadağan edib.
 

2025-ci ilin oktyabrında “Dojd”un baş redaktoru Tixon Dzyadko barəsində də Rusiya ordusunun fəaliyyəti ilə bağlı saxta məlumat yaymaq ittihamı irəli sürülmüşdü.


Oktyabrın 6-da məlum olmuşdu ki, Dzyadko məhkəmə qərarı ilə iki ay müddətinə qiyabi həbs edilib. Həbs müddəti onun Rusiyaya ekstradisiyası və ya ölkə ərazisində saxlanıldığı andan hesablanacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO