ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Hazırda oxunan: ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

596482

Pentaqon ABŞ Energetika Nazirliyi ilə birlikdə hərbi təyinatlı kompakt mobil nüvə reaktorunun sınaqlarına başlamağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin materiallarında qeyd olunur.

“Bu reaktor gələcəkdə ölkəmizin müdafiə sektorunun enerji dayanıqlığını və strateji müstəqilliyini təmin etmək üçün mühüm imkanlar açacaq”, – deyə bəyanatda bildirilir.
 

Bazar günü Valar Atomics şirkəti tərəfindən hazırlanmış yeni nəsil reaktor Kaliforniyadan Utah ştatındakı San-Rafael Enerji Laboratoriyasına çatdırılıb.


The Washington Times qəzetinin yazdığına görə, Pentaqon kompakt mobil reaktorlardan yerli elektrik şəbəkələrindən asılı olmayan enerji istehsalı üçün istifadə etməyi planlaşdırır. Çünki hərbi münaqişə şəraitində bu şəbəkələr sıradan çıxa və ya zərbələrin hədəfinə çevrilə bilər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO