Rusiya prezidenti Vladimir Putinin təsviri olan məhsullar onun populyarlığından xəbər verir.
Bizim.Media xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, müasir dünyada insanlar fincan, maska və futbolkalar vasitəsilə öz hisslərini ifadə edirlər.
Kremldə bu cür məhsulların istehsalçılarına qarşı məhkəmə iddiaları qaldırmaq niyyətində deyillər.
“Biz, əlbəttə, diqqətlə baxırıq ki, şəxsiyyəti təhqir edən hər hansı məqam olmasın. Bu, ayrıca haldır və mövcud qanunvericilik çərçivəsində qəti tədbirlər tələb edə bilər”, — deyə Peskov bildirib.
2025-ci ilin dekabrında aktyor Sergey Bezrukov üzünün təsviri olan maskaların satışı ilə bağlı fərdi sahibkar Kristina Sobolevskayadan məhkəmə yolu ilə 500 min rubl tələb etmişdi. Aktyorun sözlərinə görə, məsələ maddi tərəfdə deyildi — o, təsvirinin və səsinin icazəsiz istifadə olunmasını qəbul etmir.
2026-cı il yanvarın 20-də Moskvanın Hamovniçeski məhkəməsi Sobolevskayanı “Brigada” serialının ulduzunun təsvirindən onun yazılı razılığı olmadan istifadəni dayandırmağa və aktyorun xeyrinə 200 min rubl ödəməyə məcbur edib.
Bizim.Media


































































































