Venesuela müxalifətinin lideri Maria Corina Machado Rusiyanın Venesueladan çıxarılmasına çağırıb.
Bizim.Media xəbər verir ki, Maçado Rusiyanı tənqid edərək bu bəyanatı Münhen təhlükəsizlik konfransında (“Munich Security Conference”) çıxışı zamanı səsləndirib.
“Biz Kuba, Rusiya və İranın institutlarımızdakı mövcudluğunu kökündən aradan qaldırmalıyıq”. Onun sözlərindən Clash Report nəşri sitat gətirib.
Müxalifətçi çıxışında Çini də xatırladıb. Onun sözlərinə görə, Pekin sabiq lider Nikolas Maduro rejiminə 60 milyard dollardan çox vəsait ayırıb.
Maçado hesab edir ki, Rusiyanın və digər ölkələrin təsiri aradan qaldırıldıqdan sonra Amerika qitəsi tarixində ilk dəfə kommunizm və diktaturadan azad olacaq.

Bizim.Media


































































































