Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

Hazırda oxunan: Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

596456

Böyük Britaniya və Almaniyanın ali hərbi rəhbərləri ictimaiyyətə müraciət edərək yenidən silahlanmanın “mənəvi” əsaslarını qəbul etməyə və Rusiya ilə mümkün müharibə təhlükəsinə hazır olmağa çağırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb.

Müraciət Böyük Britaniyanın Müdafiə Qərargah rəisi, baş marşal Riçard Naiton və Almaniyanın müdafiə rəisi general Karsten Broer tərəfindən edilib.

Onların sözlərinə görə, Rusiyanın hərbi mövqeyi “qəti şəkildə qərbə doğru dəyişib”. Hərbi rəhbərlər vurğulayıblar ki, Avropanın müdafiə və təhlükəsizlik sistemində “qəti dəyişikliklərə” ehtiyac var.

Münhen Təhlükəsizlik Konfransından sonra “The Guardian” və “Almaniyanın Die Welt” qəzetlərində dərc olunan birgə məqalədə bildirilib ki, ictimaiyyətə risklərin miqyası izah edilməlidir.

“Onlara başa salınmalıdır ki, Böyük Britaniya və Almaniyanın Soyuq müharibənin başa çatmasından bəri müdafiə xərclərinin ən böyük və davamlı artımına niyə öhdəlik götürdüyü anlaşılsın”, - məqalədə bildirilib.

Hərbi rəhbərlər qeyd ediblər: “Bu səylərin mənəvi tərəfi var. Yenidən silahlanma müharibəni alovlandırmaq deyil. Bu, öz xalqını qorumaq və sülhü saxlamaq əzmində olan dövlətlərin məsuliyyətli addımıdır”.

Məqalədə vurğulanır ki, əgər Rusiya Avropanı zəif və parçalanmış görərsə, Ukraynadan kənara da aqressiyasını genişləndirməyə cəsarət tapa bilər. “Tarix göstərir ki, rəqiblər parçalanma və zəiflik hiss etdikdə çəkindirmə mexanizmi işləmir. Biz bilirik ki, Rusiyanın aqressiyası və niyyətləri Ukrayna ilə məhdudlaşmır”, – deyə qeyd olunub.

Hərbi rəhbərlər əlavə ediblər ki, mövcud təhdidlərin mürəkkəbliyi “qitə üzrə ictimaiyyətlə açıq və dürüst dialoq” tələb edir və müdafiə məsələsi yalnız hərbçilərin prerogativi ola bilməz.

Nəşr qeyd edir ki, Böyük Britaniya və Almaniyada seçicilər arasında yenidən silahlanma naminə iqtisadi çətinliklərlə razılaşmaq istəyi zəifdir. Hərçənd hər iki ölkədə əhalinin əksəriyyəti yaxın beş il ərzində Üçüncü Dünya Müharibəsi ehtimalını yüksək qiymətləndirir. Sorğular göstərib ki, Böyük Britaniya, Almaniya və Fransada vergilərin artırılması və silahlı qüvvələrə xərclərin yüksəldilməsini əhalinin az hisssəsi dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO