Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

Hazırda oxunan: Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

596372

İndoneziyanın Bali adası müxtəlif ölkələrdən olan, o cümlədən Rusiya vətəndaşı olan cinayətkarlar üçün sığınacaq məkanına çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə İndoneziya Baş Prokurorluğu RİA Novosti agentliyinə bildirib.
 

Qurumun nümayəndəsinin sözlərinə görə, Bali “hazırda narkotik cinayətləri və digər ağır cinayətlərdə şübhəli bilinən qaçaqlar üçün rahat məkana çevrilib”, bu sıraya Rusiya vətəndaşları da daxildir.


Baş Prokurorluqda vurğulanıb ki, kurort adasının cinayət məsuliyyətindən yayınmağa çalışan şəxslər üçün “sakit liman”a çevrilməsinin qarşısı alınmalıdır.

“Bir gün onların sakit və gözə dəymədən İndoneziya ərazisinə gəlib gizlənməsinə imkan verilməməlidir”, — deyə qurumda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO