Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Hazırda oxunan: Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

596368

Ukraynanın 2025-ci ilin noyabrında vəzifəsindən ayrılmış sabiq energetika naziri German Qaluşşenko fevralın 15-nə keçən gecə ölkə sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” və “RBK-Ukraina” nəşrləri mənbələrə istinadən məlumat yayıb. “Ukrainskaya pravda”nın məlumatına görə, Qaluşşenko qatardan düşürülüb.
 

Nəşrin mənbəsi bildirir ki, sərhəd xidmətinin əməkdaşları Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) sorğusu əsasında hərəkət ediblər. Məqsəd sabiq nazirin sərhədi keçməyə mümkün cəhdinə dair məlumat toplamaq olub.


Qeyd edək ki, Qaluşşenko Timur Mindic işi üzrə araşdırmalarda da adı hallanan şəxslərdən biri kimi göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO