Böyük Britaniya Xarici İşlər Nazirliyinin sabiq “baş siçan ovçusu” olan Palmerston adlı pişik Bermud adalarındakı evində ölüb. Onun 12 yaşı var idi.
Bizim.Media xəbər verir ki, bu barədə pişiyin X sosial şəbəkəsindəki rəsmi hesabında bildirilib.
“Palmerston, görkəmli diplomat, fevralın 12-də sakit şəkildə dünyasını dəyişdi”, — deyə əlavə edilib.
Palmerston 2020-ci ilin avqustunda dörd illik diplomatik xidmətindən sonra təqaüdə çıxmışdı. Fevralın əvvəlində isə o, “təqaüddən geri dönərək” Böyük Britaniyanın Bermud adalarındakı dördayaqlı nümayəndəsi təyin olunmuşdu.
Palmerston 2016-cı ilin aprelində hökumətə gətirilmişdi. Xarici İşlər Nazirliyinin əməkdaşları ona böyük sevgi ilə yanaşır, tutduğu siçanlara görə minnətdarlıq əlaməti olaraq müxtəlif ləzzətlər təqdim edirdilər.
Bizim.Media






























































































