“Prezident Tramp Tehranın nüvə proqramı ilə bağlı böhranın həllini müzakirə etmək üçün İranın ali rəhbəri Əli Xameneyi ilə görüşməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Bloomberg-ə müsahibəsində bildirib.
Rubionun sözlərinə görə, Xameneyi məsələləri müzakirə etmək istəsə, Tramp görüşə dəvəti qəbul etməyə hazırdır: "Əminəm ki, əgər sabah ayətullah prezidentlə görüşmək istədiyini desəydi, razılaşardı. Xameneyi razılaşdığı üçün yox, qlobal problemlərin həlli üçün belə görüşlərin həll yolu olduğuna inandığı üçün", - Rubio deyib.
Marko Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın əsas üstünlüyü İranla razılığa gəlməkdir. Onun sözlərinə görə, bu proses son dərəcə çətin olsa da, Tramp bu istiqamətdə çalışacaq və əldə olunacaq irəliləyiş zamanla məlum olacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:24 / 14.02.2026
Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"
Hazırda oxunan: Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"
Hazırda oxunan: Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"
596295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































