Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edərək Tehranın “müharibə maşını və repressiyası”na qarşı təcili qlobal tədbirlərin görülməsinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Independent Persian” məlumat yayıb.
Zelenski Münxendə keçirilən İranla bağlı nümayişlərə toxunaraq bildirib ki, dünya İslam Respublikasına vaxt verməməlidir. Onun sözlərinə görə, rejim vaxt qazandıqca daha çox insan həyatını itirir və bu proses dərhal dayandırılmalıdır.
Ukrayna prezidenti Avropanın təhlükəsizliyini İranın azadlığı ilə əlaqələndirib: “Ukraynanın əvvəllər İranla heç bir maraq toqquşması olmayıb, lakin hazırda İran istehsalı dronlar ölkənin infrastrukturunu məhv edir və Ukrayna vətəndaşlarını öldürür”.
Zelenski çıxışında İran rejiminin ali rəhbərliyinə də müraciət edərək bildirib ki, bu, rejimin apardığı müharibələr və səbəb olduğu insan itkilərindən sonra çoxdan verilməli olan cavabdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:47 / 14.02.2026
Zelenski İranı TƏNQİD ETDİ: “Dünya İslam Respublikasına vaxt verməməlidir”
Hazırda oxunan: Zelenski İranı TƏNQİD ETDİ: “Dünya İslam Respublikasına vaxt verməməlidir”
Hazırda oxunan: Zelenski İranı TƏNQİD ETDİ: “Dünya İslam Respublikasına vaxt verməməlidir”
596246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































