Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Hazırda oxunan: Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

596233

Dünyada mövcud olan kitabların dəqiq sayını müəyyən etmək çətin olsa da, Google kitab axtarış sisteminin (Google Books) məlumatlarına əsasən, təxminən 130-150 milyon adda fərqli kitabın çap olunduğu təxmin edilir.

Təkcə ABŞ Konqres Kitabxanası kimi nəhəng kitabxanada on milyonlarla kitab saxlanılır.

Dünyanın ən ağır kitabı Londonda muzeydə saxlanılır. “Dünyanın coğrafi atlası” adlı bu kitabın çəkisi isə 320 kq-dır.

Dünyanın ən böyük kitabı isə “Dəniz qaydalarının toplusu” adlanır. Onun hündürlüyü təxminən 2 metrdir, insan boyundan uzundur, eni 1 metrdir, qalınlığı isə yarım metrdən çoxdur. Bu kitab Amsterdamda muzeydə saxlanılır.

Dünyada ölçüsünün kiçikliyinə görə 12 kitab mövcuddur. Onları birlikdə bir xörək qaşığına yerləşdirmək mümkündür. Yeri gəlmişkən, Azərbaycanda da Miniatür Kitab Muzeyi var. 2002-ci ildən etibarən İçərişəhərdə fəaliyyət göstərir, nadir miniatür kitablara sahiblik edir.
 

Dünyanın ən kiçik kitablarından biri də 1899-cu ildə Varşava şəhərində hazırlanıb. Puşkinin 100 illik yubileyi şərəfinə hazırlanan “Yevgeni Onegin” kitabının ölçüləri 28×18 millimetrdir. Bu kiçik kitabın hər səhifəsinə 30 sətir yerləşdirilib. Kitab üçün xüsusi medalyon da hazırlayıblar. Medalyonun içərisinə kitabla yanaşı onu oxumaq üçün kiçik böyüdücü şüşə də qoyulub.


Dünyanın ən böyük tirajlı kitabı “Bibliya” sayılır. Bibliyanın bu günə kimi 6 milyard nüsxəsi çap olunub. Həmçinin ən çox satılan kitabdır.

Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirən bu kitab Bill Qeytsə məxsusdur.

Ən böyük lüğət kitabı sayılan “Alman lüğəti”nin hazırlanması 1854-cü ildən başlanıb, 1971-ci ildə tamamlanıb. Kitab 33 cilddən, 33519 səhifədən ibarətdir.
 

Qeyri-adi kitablardan biri Braziliyada saxlanılır. Rio de Janeiro şəhərinin 400 illik yubileyi münasibətilə buraxılan 200 səhifəlik xatirə kitabı paslanmayan poladdan hazırlanıb.


Dünyanın maraqlı kitablarından biri də ipək parka üzərində gümüş saplarla işlənmiş Qurani-Kərimdir.

Xatırladaq ki, 14 fevral – Beynəlxalq Kitabbağışlama günüdür. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər həmin günü “Uşaqlara kitab bağışlama” günü olaraq qeyd etməyə çağırıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO