KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

Hazırda oxunan: KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

596182

ABŞ Silahlı Qüvvələri Prezident Donald Tramp müvafiq göstəriş verəcəyi təqdirdə İrana qarşı həftələrlə davam edə biləcək hərbi əməliyyata hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” iki amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, mümkün əməliyyat 2025-ci ilin yayında iki ölkə arasında baş vermiş qarşıdurmadan daha ciddi və genişmiqyaslı münaqişəyə çevrilə bilər.

Xatırladaq ki, daha əvvəl Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ən yaxşı ssenari olacağını bildirmişdi. O, həmçinin ABŞ-ın Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərəcəyini açıqlayıb. 
 

Yanvarın ortalarında NBC News mənbələrə istinadən xəbər vermişdi ki, Tramp İrana qarşı mümkün əməliyyatın “sürətli və qətiyyətli” olmasında israr edir və onun uzunmüddətli müharibəyə çevrilməsini istəmir. Lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirləri rejimin tez bir zamanda süqut edəcəyinə təminat verə bilməyiblər. Administrasiya daxilində həmçinin İslam Respublikasının sərt cavabına qarşı kifayət qədər resursların olub-olmaması ilə bağlı narahatlıq ifadə olunub.


Qeyd edək ki, fevralın 7-də Omanda İran və ABŞ nümayəndələri arasında nüvə proqramı ilə bağlı danışıqlar keçirilib. Tərəflər görüşü ümumilikdə müsbət qiymətləndirib və yeni məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bununla belə, fikir ayrılıqları qalmaqdadır.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirəcək və “sıfır zənginləşdirmə” siyasətini qəbul etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO