Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Kremlin danışıqların dəqiq tarixləri və yerini daha sonra açıqlayacağını qeyd edib:
"Danışıqların yeni raundunun gələn həftə keçirilməsi ilə bağlı razılaşma var. Yer və dəqiq tarix barədə sizə məlumat verəcəyik".
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüşün Mayamidə keçirilə biləcəyini açıqlamışdı.
Bizim.Media






























































































