Keçmiş həyat yoldaşı İlon Maskın uğur sirrini AÇIQLADI

Keçmiş həyat yoldaşı İlon Maskın uğur sirrini AÇIQLADI

Hazırda oxunan: Keçmiş həyat yoldaşı İlon Maskın uğur sirrini AÇIQLADI

595906

İlon Maskın keçmiş həyat yoldaşı Justin Mask sahibkarın fenomenal uğur əldə etməsinə kömək edən xarakterini açıqlayıb. 2014-cü ildə TEDx-də çıxış edərkən o bildirib ki, Maskın uğurunun əsas açarı “yox” deməyi bacarmağıdır.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Justinə görə, Mask onun genişmiqyaslı məqsədlərinə uyğun deyilsə. xırda tələblərə, görüşlərə və təkliflərə cavab verməyib. Bu vərdiş ona zamanını və enerjisini qorumağa, strateji baxımdan vacib layihələrə – Tesla, SpaceX, Neuralink və xAI-yə fokuslanmağa imkan verib.

O, bu yanaşmanı “rəddetmə psixologiyası” ilə müqayisə edib; burada “yox” demək resursları qorumaq və uzunmüddətli məqsədlərə çatmaq üçün alət rolunu oynayır.

Ekspertlər qeyd edirlər ki, bu praktika bir çox uğurlu liderlərdə də müşahidə olunur. Məsələn, Warren Buffett aydın düşüncə üçün “boş təqvim”in vacibliyini vurğulayıb, Steve Jobs isə nizam-intizamı qorumaq üçün tez “yox”, yavaş “bəli”” prinsiplərinə əməl edib.

Justin Mask əlavə edib ki, “yox” demə qabiliyyəti uşaqlıqda formalaşır, insan öz sərhədlərini qorumağı öyrənir. Yetkin yaşda isə həqiqətən vacib işlərə fokuslanmağa kömək edir.

Beləliklə, Maskın informasiya süzgəcindən keçirmə və diqqət dağıdan amilləri məhdudlaşdırma vərdişi yalnız onun şəxsi xüsusiyyəti olmayıb, həm də şirkətlərində əməliyyat mədəniyyətinin bir hissəsinə çevrilib; burada prioritetlər fokus, effektivlik və ambisiyalı hədəflərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO