Moskvada Azərbaycan vətəndaşı Ağa Əliyevin iş icazəsi ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat yayıb.
Əliyevin sözlərinə görə, miqrantlara “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorizmin maliyyələşdirilməsinə qarşı Federal Qanun” tətbiq olunur:
“Yalnız ona görə ki, miqrantların tez-tez pul göndərməsi hüquq-mühafizə orqanlarına çox görünür. Eyni zamanda Rusiyada həyata keçirilən bütün tranzaksiyalar da nəzərə alınır.
Bunun nəticəsi olaraq, “Amina” mobil tətbiqinə müvafiq mesajlar gəlməyə başlayıb və Əliyevdən Rusiya ərazisini tərk etməsi tələb olunub.
Qeyd edək ki, “Amina” Moskva və Moskva vilayətində xarici vətəndaşların miqrasiya uçotunu aparmaq üçün hazırlanmış rəsmi mobil tətbiqdir. İstifadəçilər bildirirlər ki, Rusiyada qalmaq üçün miqrantlar vəkil tutmalı və bütün pul köçürmələrinin məqsədini təsdiq edən sənədlər təqdim etməlidirlər.

Bizim.Media

- A-
- A
- A+
Dünya
16:49 / 12.02.2026
Moskvada Azərbaycan vətəndaşının iş icazəsi ləğv edildi – ÖLKƏDƏN ÇIXARILIR - FOTO
Hazırda oxunan: Moskvada Azərbaycan vətəndaşının iş icazəsi ləğv edildi – ÖLKƏDƏN ÇIXARILIR - FOTO
Hazırda oxunan: Moskvada Azərbaycan vətəndaşının iş icazəsi ləğv edildi – ÖLKƏDƏN ÇIXARILIR - FOTO
595901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































