Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Hazırda oxunan: Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

595878

Qırğızıstanın hüquq-mühafizə orqanları dini-ekstremist təşkilat olan “Hizb ut-Tahrir əl-İslami”nin 11 tərəfdarının yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı 14 ədəd Rusiya pasportunu müsadirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb:

“Cinayət işi çərçivəsində Nookat rayonu ərazisində ‘Hizb ut-Tahrir əl-İslami’ dini-ekstremist təşkilatının 11 fəal üzvü və tərəfdarının yaşadığı ünvanlarda axtarış aparılıb. Axtarışların nəticəsi olaraq 217 maddi sübut götürülüb. Onların arasında 75 kitab, 14 mobil telefon, 18 dəftər, 86 DVD disk, 4 planşet, 1 noutbuk, 2 SIM-kart, Rusiya Federasiyası vətəndaşlarına məxsus 14 pasport, 1 möhür, 1 videokasset və ‘Bakai Bank’a məxsus 1 bank kartı var.”

Müsadirə olunan bütün əşyalar məhkəmə-dinşünaslıq ekspertizasına göndərilib. Ekspertizanın nəticələrinə əsasən, hakimiyyət orqanları ekstremist təşkilatın iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbirlər görəcək.

Mətbuat xidməti əlavə edib ki, əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO