Amerikalı sahibkarlar İlon Mask, Ceff Bezos və Bill Qeyts Forbes jurnalının versiyasına görə ABŞ-ın 250 ən böyük innovatoru siyahısında ilk üç yeri tutublar.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Reytinqin izahında qeyd olunur:
İlon Mask tarixdə müxtəlif sahələrdə beş çoxmilyardlıq şirkət yaradan ilk şəxsdir.
Ceff Bezos ABŞ pərakəndə ticarət sektorunda inqilab edib, bulud texnologiyalarının inkişafında pioner olub, insanın Aya qaytarılması və süni intellekt sahəsində layihələrlə məşğuldur.
Bill Qeyts fərdi kompüter inqilabı və Microsoft-un proqram təminatı bazarındakı dominant mövqeyi ilə kifayətlənməyərək, daha sonra böyük xeyriyyəçi kimi fəaliyyət göstərib və Hindistanda poliomielitin aradan qaldırılmasına töhfə verib.
Jurnalın siyahısına həmçinin “Ulduz müharibələri” (Star Wars) filmlər seriyasının rejissoru Corc Lukas, Nvidia şirkətinin icraçı direktoru Censen Huanq, OpenAI-nin rəhbəri Sem Altman, Nike geyim brendinin həmtəsisçisi Fil Nayt və digər tanınmış innovator-sahibkarlar da daxil edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:24 / 12.02.2026
ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə
Hazırda oxunan: ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə
Hazırda oxunan: ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə
595814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































