ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Hazırda oxunan: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

595811

Rusiya neftinə tətbiq olunan sanksiyaların ləğvi yalnız müəyyən siyasi şərtlər yerinə yetirildikdən sonra mümkün ola bilər.

Bizim.Media xəbər verur ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Fox News telekanalına müsahibəsində danışıb.

Q, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başa çatarsa, həmçinin Venesuela və İranla bağlı vəziyyət sabitləşərsə, bu, dünya bazarında neft qiymətlərinin əhəmiyyətli dərəcədə enməsinə şərait yaradacaq.

Nazirin sözlərinə görə, sülh razılaşmaları nəticəsində hazırda ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında olan böyük həcmdə neft yenidən qlobal bazara çıxarılacaq.

Bessent vurğulayıb ki, bu dəyişikliklər yalnız müharibənin rəsmi şəkildə başa çatmasından və müvafiq beynəlxalq razılaşmaların imzalanmasından sonra baş verə bilər. Bu addım təkcə dünya bazarında təklifin artmasına deyil, həm də enerji qiymətlərinin sabitləşməsinə siqnal ola bilər.

Ekspertlər hesab edirlər ki, Bessentin açıqlaması ABŞ-ın sanksiya siyasətində müəyyən çevik yanaşmanın mümkün olduğunu göstərir – lakin bu, Rusiyanın Ukrayna ilə bağlı sülh razılaşmasının şərtlərini yerinə yetirməsindən asılıdır.

Onların fikrincə, Rusiya neftinə tətbiq olunan sanksiyaların ləğvi enerji bazarında ən ciddi dəyişikliklərdən biri ola bilər. Bu, alternativ mənbələrdən asılılığı azalda və ABŞ, Avropa və Asiyada istehlakçılar üçün qiymətlərin sabitləşməsinə təsir göstərə bilər.

Rusiya neft hasilatı artıq ikinci aydır ki, azalır. ABŞ sanksiyaları səbəbindən Moskva üçün neft satışları çətinləşib.

Bloomberg nəşrinin məlumatına görə, yanvar ayında Rusiya gündə orta hesabla 9,28 milyon barel neft hasil edib. Bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə sutkada 46 min barel azdır.

Bu tendensiya davam edərsə, Rusiya OPEK+ çərçivəsində bazar payının bir hissəsini digər istehsalçılara uduza bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO