Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Hazırda oxunan: Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

595755

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Netanyahu ofisi məlumat yayıb.

Bildirilib ki, üç saat davam edən görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.

Qeyd edilib ki, ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, eləcə də səfir Mayk Hakabi də iştirak edib.

İsrail nümayəndə heyətinə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk daxil olub.

*** 21:11

Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Bizim.Media xəbər verir ki, mətbuat nümayəndələri Oval kabinetə buraxılmayıb.

Görüşün detalları barədə məlumat verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO