Avropa Şurasının komissarı Ermənistana qayıdış hüququmuza açıq dəstək verməlidir – BƏYANAT

Avropa Şurasının komissarı Ermənistana qayıdış hüququmuza açıq dəstək verməlidir – BƏYANAT

Hazırda oxunan: Avropa Şurasının komissarı Ermənistana qayıdış hüququmuza açıq dəstək verməlidir – BƏYANAT

595712

Qərbi Azərbaycan İcması (QAİ) Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertiyə müraciət ünvanlayaraq, onu icma üzvlərinin Ermənistanda öz dədə-baba yurdlarında qayıtmaq hüququnu müdafiə edən açıq bəyanat verməyə dəvət edib.

Bizim.Media-ya bu barədə icmadan məlumat verilib.

Sənəddə vurğulanıb ki, M.Oflahertinin Ermənistana səfərinə dair yayılan xəbərlərdə Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk etmiş erməni əhalisinin geri qayıtmaq hüququna xüsusi diqqət yetirilib:
 

"Bu məqamla əlaqədar nəzərə çatdırmaq istərdik ki, Qərbi Azərbaycan İcması ötən müddət ərzində Avropa Şurasının müxtəlif strukturlarına dəfələrlə müraciət etsə də, həmin qurumlar bizim Ermənistandakı tarixi torpaqlarımıza qayıdışımız məsələsinə münasibət bildirməyiblər.


Qərbi Azərbaycan İcması Avropa Şurasının İnsan hüquqları üzrə komissarını öz sələflərinin və Avropa Şurası Parlament Assambleyasının yol verdiyi yanlışları təkrarlamamağa səsləyir.

Biz komissarı insan hüquqları müstəvisində ayrı-seçkilik siyasətinə son qoymağa və Ermənistana qayıdış hüququmuza açıq dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO