Durov: Mənə “oliqarx” demək düzgün deyil

Durov: Mənə “oliqarx” demək düzgün deyil

Hazırda oxunan: Durov: Mənə “oliqarx” demək düzgün deyil

595700

Telegram-ın təsisçisi Pavel Durov bildirib ki, ona “oliqarx” demək düzgün deyil.

Bizim.Media xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşdığı yazıda vurğulayıb ki, onu bu terminlə adlandıranlar sadəcə sözün əsl mənasını başa düşmürlər.
 

“Əgər mən hansısa hakimiyyətlə yaxın olsaydım, azadlığı məhdudlaşdırmaq üçün onların davamlı cəhdlərinə qarşı çıxmasaydım, uğurumu on dəfə çox artıra bilərdim”, — deyə Durov qeyd edib.


Xatırladaq ki, fevralın 5-də İspaniya Baş naziri Pedro Sançes “texnooliqarxlar”dan danışmış, onların alqoritmlər vasitəsilə demokratiya üçün təhlükə yaratdığını bildirmişdi.

Durov isə İspaniya hakimiyyətinin rəqəmsal nəzarəti gücləndirmək cəhdlərini tənqid edib və ölkənin “tam nəzarətli dövlət”ə çevrilə biləcəyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO