Ukrayna prezidenti Volodimir Zelenski 24 fevralda prezident seçkiləri və mümkün sülh sazişi üzrə referendumun keçirilməsi planını açıqlayacaq.
Bizim.Media xəbər verir ki, bu iddianı “Financial Times” ukraynalı və avropalı rəsmilərə istinadən yayıb.
Məlumata görə, seçki və referendumun eyni vaxtda keçirilməsi variantı müzakirə olunur. Bildirilir ki, proses mümkün sülh razılaşmasının referenduma çıxarılması ilə paralel planlaşdırılır. Rəsmilər seçki və referendumun may ayında baş tuta biləcəyini istisna etmirlər.
Qeyd olunur ki, seçkilərin keçirilməsi üçün əsas şərt sülh planının bütün tərəflər tərəfindən razılaşdırılmasıdır.
Bizim.Media

































































































