Rusiyada “Telegram”ın fəaliyyəti bloklanır?

Rusiyada “Telegram”ın fəaliyyəti bloklanır?

Hazırda oxunan: Rusiyada “Telegram”ın fəaliyyəti bloklanır?

595491

Rusiyada hakimiyyət Telegram messencerinin fəaliyyətinin zəiflədilməsi istiqamətində işlərə başlamaq qərarı verib.

Bizim.Media xəbər verir ki, bu barədə RBC-ya mənbələr məlumat verib.

Onların sözlərinə görə, Roskomnadzor bu gün servisə qarşı qismən məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırır.

RBC-nin informasiya texnologiyaları sənayesindəki bir mənbəsi və aidiyyəti qurumlardakı iki mənbənin bildirdiyinə görə, hakimiyyət “Telegram”ın Rusiyada fəaliyyətinin yavaşladılması ilə bağlı tədbirlərə başlamaq qərarına gəlib.

İki mənbənin sözlərinə əsasən, Roskomnadzor “Telegram”ın işinin qismən məhdudlaşdırılması üzrə tədbirləri çərşənbə axşamı, 10 fevral tarixində tətbiq etməyi planlaşdırır. RBC-nin digər mənbəsi isə “Telegram”ın sürətinin artıq azaldıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO