Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

Hazırda oxunan: Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

595185

Portuqaliyanın Sosialist Partiyasının namizədi Antoniu Joze Sequru prezident seçkilərinin ikinci turunun nəticələrinə görə liderdir.

Bizim.Media xəbər verir ki, hökumətin rəsmi saytındakı məlumatlara əsasən, bülletenlərin 99,2 faizi hesablandıqdan sonra Sequru 66,82 faiz səs toplayıb.

Ultrasağçı “Bəsdir!” (Chega!) partiyasının təmsilçisi Andre Ventura isə 33,18 faiz səs alıb. Seçkilərdə seçici fəallığı 50,11 faiz təşkil edib.

“Bu gün Portuqaliya xalqının verdiyi cavab, onun azadlığa, demokratiyaya və ölkəmizin gələcəyinə sədaqəti məndə səmimi duyğular, kövrəklik və qürur hissi doğurur”, — deyə Sequru jurnalistlərə bildirib.
 

The New York Times yazır ki, Sosialist Partiyasının namizədinin qələbəsi Portuqaliyadan kənarda Avropada güclənən ifrat sağçı qüvvələr dalğasına qarşı “bir nəfəs dərmək imkanı” kimi qiymətləndirilir. Andre Ventura isə öz növbəsində bəyan edib ki, “bu gün sağların liderliyi müəyyən edilib və təmin olunub”.


“Bütün siyasi sistem — həm sağ, həm də sol — mənə qarşı birləşdi. Amma mən hesab edirəm ki, bu gün sağların liderliyi müəyyən edilib və möhkəmlənib. Mən bu gündən etibarən həmin siyasi məkanı idarə etməyi planlaşdırıram”, — deyə o əlavə edib.

Antoniu Joze Sequru Portuqaliyanın Sosialist Partiyasının sabiq baş katibidir. Seçki kampaniyası zamanı o, ölkənin mərkəz-sağ hökuməti ilə əməkdaşlığa hazır olan mülayim siyasətçi kimi çıxış edib. (Mənbə: «Kommersant»)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO