İngilis çirkli corablardan sərvət qazandı

İngilis çirkli corablardan sərvət qazandı

Hazırda oxunan: İngilis çirkli corablardan sərvət qazandı

595182

Böyük Britaniyanın Kral Donanmasının sabiq dənizçisi Zak Blekman bildirib ki, fetişistlər (müəyyən əşyalara, bədən hissələrinə və ya simvollara xüsusi maraq göstərən şəxs) üçün corab və digər kontentlərin (məzmun) satışından həftədə 30 min funt sterlinqədək vəsait qazanır. 

Bizim.Media xəbər verir ki, bu barədə Daily Star nəşri yazıb.

Blekman 18 yaşından donanmada xidmət edib və karyera qurmağı planlaşdırıb. Lakin üç ildən sonra porno çəkilişlərdə iştirak etdiyinə görə ordudan uzaqlaşdırılıb.
 

Bundan sonra o, böyüklər üçün kontentin yaradılmasına fokuslanıb və ciddi maliyyə uğurları əldə edib. Ən gəlirli istiqamətin ayaqların fotoları olduğunu deyir. “Bu qədər böyük bazar olduğunu görəndə şoka düşdüm”, — deyə o, Britaniyanın This Morning televiziya verilişinə müsahibəsində etiraf edib.


Blekmanın sözlərinə görə, bəzi müştərilər bir cüt corab üçün 1500 funtadək pul ödəyirlər. Bir dəfə isə o, sadəcə corablarını çıxardığı 30 saniyəlik videonu bir neçə yüz funt sterlinqə satmağa nail olub. “Bir nəfər dedi ki, evdə arvadını qoyub mənim corabımı götürməyə gedib”, — deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO