“The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

“The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

Hazırda oxunan: “The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

595178

“The Washington Post” qəzetinin baş icraçı direktoru Uill Lyuis vəzifəsindən gedib. 

Bizim.Media xəbər verir ki, bu barədə Lyuis özü məlumat yayıb.

Lyuis yaydığı bəyanatda qərarını “çətin”, lakin qəzetin “davamlı gələcəyini təmin etmək” üçün zəruri addım kimi qiymətləndirib. Məhz genişmiqyaslı ixtisarları şəxsən kurasiya edən rəhbərin postu tərk etməsi media cameəsində geniş rezonans doğurub. Nəşrin sabiq baş redaktoru Marti Baron ixtisarların baş verdiyi günü “dünyanın ən böyük xəbər təşkilatlarından birinin tarixində ən qaranlıq günlərdən biri” adlandırıb.
 

Qeyd edək ki, onun istefası redaksiyada çalışanların təxminən 30 faizini — 300-dən çox jurnalisti əhatə edən kütləvi ixtisarlardan cəmi bir neçə gün sonra baş verib.


Xatırladaq ki, Uill Lyuis 2024-cü ilin əvvəlində qəzetin sahibi Ceff Bezos tərəfindən baş icraçı direktor vəzifəsinə təyin edilmişdi. Onun qarşısına nəşri transformasiya etmək və uzun illər davam edən maliyyə itkilərini dayandırmaq vəzifəsi qoyulmuşdu.

Qəzetin həmkarlar ittifaqının keçmiş sədri Keti Mettler də istefaya münasibət bildirib:

“Uill Lyuisin getməsinə sevinirəm. Təəssüf ki, bu, daha tez — o, bütün dostlarımı işdən çıxarmamışdan əvvəl baş vermədi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO