Lavrovdan Avropaya XƏBƏRDARLIQ – “Tammiqyaslı hərbi cavab veriləcək”

Lavrovdan Avropaya XƏBƏRDARLIQ – “Tammiqyaslı hərbi cavab veriləcək”

Hazırda oxunan: Lavrovdan Avropaya XƏBƏRDARLIQ – “Tammiqyaslı hərbi cavab veriləcək”

595164

“Avropa Rusiyaya hücuma başlasa, tammiqyaslı hərbi cavab alacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində bildirib.

Lavrov vurğulayıb ki, Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırılan proses aparır və heç bir Avropa ölkəsinə hücum etmək niyyətində deyil.

Onun sözlərinə görə, Rusiya Federasiyasına bu, qətiyyən lazım deyil.

“Əgər Avropa birdən-birə Rusiyaya qarşı müharibəyə hazırlaşmaqla bağlı bu təhdidlərini reallaşdırarsa və Rusiya Federasiyasına hücuma başlasa, o zaman, (prezident Vladimir Putinin) dediyi kimi, bu bizim tərəfimizdən “xüsusi hərbi əməliyyat” olmayacaq. Bu, mövcud doktrinal sənədlərə uyğun olaraq, ixtiyarımızda olan bütün vasitələrlə verilən tammiqyaslı hərbi cavab olacaq”, — deyə Lavrov qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO