Vyetnam futbol dünyasında səs-küy salacaq iddialı memarlıq layihəsinə start verib.
Bizim.Media xəbər verir ki, Hanoy şəhərinin kənarında "Tronq Donq" stadionunun tikintisinə başlanılıb.
Bu arena tamamlandıqdan sonra rəsmi olaraq dünyanın sırf futbol üçün nəzərdə tutulmuş ən böyük stadionu olacaq. Layihənin dəyərinin yüz milyonlarla dollar olduğu bildirilir.
Stadionun göstəriciləri heyrətamizdir. Belə ki, arena 135 min azarkeş tutumuna malik olacaq. Layihənin ən özəl cəhətlərindən biri isə dünyanın ən böyük açılıb-bağlanan dam örtüyünə sahib olmasıdır. Bu sistem sayəsində regionun tropik yağışları və ya kəskin istiləri oyunların rahat şəkildə keçirilməsinə mane olmayacaq.
Qeyd edək ki, nəhəng tikintinin 2028-ci ilin avqustunda tam başa çatması planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
07:30 / 08.02.2026
Dünyanın ən böyük futbol stadionu tikilir
Hazırda oxunan: Dünyanın ən böyük futbol stadionu tikilir
Hazırda oxunan: Dünyanın ən böyük futbol stadionu tikilir
595025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































