Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketi energetika, ticarət və maliyyə xidmətlərini əhatə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
“Yeni sanksiyalar paketində məhdudlaşdırıcı tədbirlər Rusiya neftinin daşınması üçün istifadə olunan daha 43 tankerə şamil ediləcək. Bundan əlavə, paketə Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə qadağa da daxil ediləcək”, - Lyayen deyib.
Qeyd edilib ki, yeni sanksiyalar paketi energetika, maliyyə xidmətləri və ticarəti əhatə edir.
Energetika sahəsində biz Rusiya neftinin dəniz vasitəsilə daşınmasına tam qadağa tətbiq edirik.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:00 / 06.02.2026
Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ
Hazırda oxunan: Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ
Hazırda oxunan: Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ
594875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































