Efiopiyada benzin və dizel mühərrikli avtomobillərlə bağlı ciddi məhdudiyyətlər tətbiq edilir. Belə ki, dünyada ilk dəfə Efiopiya benzin və dizel mühərrikli maşınların idxalını qadağan edib.
Bizim.Media ki, hökumətin qərarına əsasən benzinli və dizel avtomobillərin ölkəyə idxalına icazə verilmir. Məhdudiyyət yalnız yeni nəqliyyat vasitələrinin gətirilməsinə şamil olunur.
Hazırda ölkə ərazisində əvvəllər qeydiyyata alınmış benzinli avtomobillərin istismarı qadağan edilməyib.
Bu avtomobillərdən istifadə davam edir və sürücülər üçün əlavə məhdudlaşdırıcı mexanizm tətbiq olunmayıb.
Rəsmi qurumların açıqlamasına görə, məqsəd yanacaq idxalından asılılığı azaltmaq, xarici valyuta xərclərinə nəzarəti gücləndirmək və elektrik avtomobillərinin payını mərhələli şəkildə artırmaqdır. (Demokrat.az)
Bizim.Media




























































































