16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

Hazırda oxunan: 16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

594762

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Hudson çayı altından keçəcək yeni tunelin tikintisi üçün ayrılmış vəsaitlərin blokdan çıxarılacağına söz verib. Bunun müqabilində o, Pensilvaniya vağzalına və Vaşinqton yaxınlığında yerləşən Dalles Beynəlxalq Hava Limanına öz adının verilməsini tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 

Məlumata görə, Tramp bu təşəbbüsü 2025-ci ilin yanvarında ABŞ Konqresinin yuxarı palatasında demokratların lideri, Nyu-York ştatını təmsil edən senator Çak Şumerlə müzakirə edib.


Görüş zamanı Ağ Ev rəhbəri “Gateway” layihəsi çərçivəsində Nyu-York və Nyu-Cersi arasında tunelin tikintisi üçün nəzərdə tutulmuş təxminən 16 milyard dolların dondurulmasının aradan qaldırılmasına hazır olduğunu bildirib. Bunun əvəzində isə hava limanı və dəmir yolu vağzalının adlarının dəyişdirilməsini istəyib.

Şumer isə Trampa bu cür qərarların qəbul edilməsi üçün səlahiyyətə malik olmadığını deyib.

CNN-in materialında qeyd olunur ki, Tramp hələ də “Gateway” layihəsi üçün ayrılmış təxminən 16 milyard dolları bloklanmış vəziyyətdə saxlayır. Nyu-York və Nyu-Cersi ştatları isə maliyyələşmənin dayandırılmasının qanunsuz olduğunu əsas gətirərək ABŞ Prezident Administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO