Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Hazırda oxunan: Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

594681

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) təhlilinə görə, Rusiya 2025-ci ildə hərbi xərclərə dövlət büdcəsinin yarısınadək vəsait yönəldib.

Bizim.Media xəbər verir ki, BND-nin qiymətləndirməsinə əsasən, Moskvanın real müdafiə xərcləri rəsmi göstəriciləri 66% üstələyir və təxminən 250 milyard avroya çatır ki, bu da ÜDM-in təqribən 10%-inə bərabərdir.

Qeyd olunur ki, xərclərin əhəmiyyətli hissəsi büdcənin digər maddələrində gizlədilib və yalnız Ukraynadakı müharibəyə deyil, həm də NATO sərhədləri boyunca hərbi infrastrukturun gücləndirilməsinə yönəldilir. Alman analitiklərin fikrincə, hərbi xərclərin artması artıq sosial xərclərin azaldılmasına və vergi yükünün artmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO