Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar başa çatdı

Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar başa çatdı

Hazırda oxunan: Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar başa çatdı

594674

Rusiya–Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, BƏƏ-də aparılan dialoqun davamı kimi Ukrayna üzrə növbəti görüşlərin tarixləri tərəflər arasında razılaşdırılacaq.

Qeyd edək ki, saat 11:31-də TASS agentliyi Əbu-Dabidə Ukrayna məsələsi üzrə üçtərəfli formatda danışıqların davam etdiyini xəbər vermişdi.

Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi, admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO