Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Hazırda oxunan: Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

594620

Əbu-Dabidə Ukrayna ilə bağlı üçtərəfli danışıqlar davam edir. Burada iqtisadi məsələlər, ərazi aspektləri və atəşkəs mexanizmi müzakirə olunur. Bu barədə TASS öz mənbələrinə istinadla məlumat verib.

Bizim.Media xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin jurnalistlərə bildirdiyinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin bərpası istiqamətində fəal iş aparılır və Amerika nümayəndə heyəti ilə görüşlər müsbət davam edir:

“Biz Tramp administrasiyası ilə Rusiya-ABŞ münasibətlərinin iqtisadi sahədə, o cümlədən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Amerika qrupu çərçivəsində bərpası üçün fəal şəkildə çalışırıq. Bu gün görüşdük və danışıqlar müsbət məcrada gedir”.

O, sülh müqaviləsi üzrə və irəliyə doğru müsbət istiqamətdə də tərəqqi əldə edildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO