Fransanın “Patriotlar” adlı sağçı partiyasının lideri Florian Filippo bildirib ki, Fransa Prezidenti Emmanuel Makron siyasi karyerasını xilas etmək məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına nail olmağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün YouTube kanalında çıxışı zamanı danışıb.
Siyasətçinin fikrincə, “sülhməramlı” obrazı Makronu amerikalı sahibkar İlon Maskla bağlı qalmaqaldan, eləcə də pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynin sənədlərində adının hallanmasından yayındırmağa xidmət edir.
“Reallıq ondan ibarətdir ki, hazırda Makron hamı ilə dalaşıb. Həm İlon Maskla münaqişə, həm də itaətsiz parlamentlə qarşıdurma onun mövqelərini zəiflədir. Sülhməramlı obrazı isə kömək edə bilər. Deməli, indi Putinlə zəng etmək vaxtıdır”, – deyə Filippo qeyd edib.
O, eyni zamanda Fransanı Makronun maliyyəçi Epşteynlə mümkün əlaqələrini araşdırmağa çağırıb. Filipponun sözlərinə görə, Makronun soyadı bu iş üzrə sənədlərdə 200 dəfədən çox hallanır.
Bizim.Media




































































































