Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Hazırda oxunan: Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

594573

Dünən ABŞ-ın vitse-prezidenti C.D. Vens İranın siyasi idarəetmə sistemini sərt tənqid edərək bildirib ki, ölkədə real qərarlar prezident tərəfindən deyil, yalnız ali rəhbər tərəfindən verilir.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

“İranda qərarları verən şəxs ali rəhbərdir. Prezident əslində heç bir əhəmiyyət kəsb etmir. Xarici işlər naziri də məhz ali rəhbərlə danışır və biz əsasən onunla ünsiyyət qururuq”, – deyə o bildirib.

Vitse-prezident vurğulayıb ki, bu model diplomatik əlaqələri son dərəcə çətinləşdirir. Onun sözlərinə görə, rəsmi və şəffaf idarəetmə mexanizminin olmaması danışıqlar prosesini “absurd vəziyyətə” salır.

Vens ABŞ prezidenti Donald Trampın digər dünya liderləri ilə birbaşa əlaqə qura bildiyini xatırladaraq İranla müqayisə aparıb: “Tramp telefonu götürüb Putinə və ya Siyə zəng edə bilər. Hətta düşmən münasibətlərimiz olan ölkələrin rəhbərləri ilə də birbaşa danışmaq mümkündür. Ancaq İran prezidenti ilə danışa bilməməyimiz qəribədir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO