7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – Tarixi görüş öncəsi kritik ÜÇ GÜN

7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – Tarixi görüş öncəsi kritik ÜÇ GÜN

Hazırda oxunan: 7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – Tarixi görüş öncəsi kritik ÜÇ GÜN

594253

İran ətrafında gərginliyin pik həddə çatdığı bir zamanda, Məsud Pezeşkian ABŞ-la danışıqların aparılması barədə təlimat verib.

“Axios” nəşrinin yazdığına görə, tərəflər arasında birbaşa görüş fevralın 6-da İstanbulda keçiriləcək. Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak edəcək.

Görəsən, ABŞ-İran gərginliyi danışıqlar yolu ilə sona çata bilər?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, müharibənin qarşısını yalnız Amerikanın tələbləri yerinə yetirildikdən sonra almaq mümkün olacaq:

“Əks halda İranın vurulması qaçılmazdır. ABŞ İran münasibətləri kifayət qədər ciddi mərhələdədir. İran ətrafında halqa daralmaqdadır. İrana yönəlik ultimatum və tələblərin irəli sürülməsi onu deməyə əsas verir ki, vəziyyət olduqca ciddidir”.

Deputat bildirir ki, müharibənin başlanması ehtimalı yüksək olmaqla yanaşı, an məsələsidir:

“Bununla belə, danışıqlar üçün imkanlar da hələ ki, tükənməyib. Müharibənin qarşısını almaq mümkündür. Amma bunun üçün İran ABŞ-ın irəli sürdüyü şərtləri yerinə yetirməlidir.

Görünən odur ki, Vaşinqton İrandakı mövcud rejimin dəyişdirilməsini də istəyir və gələcəkdə bu məsələnin kifayət qədər ciddi olaraq gündəmə gələcəyi də istisna edilmir. İranın regionda tam təhlükəsiz duruma gətirilməsi ABŞ-ın əsas istəklərindəndir. Bu tələblərin yerinə yetiriləcəyini söyləmək çətindir. İran müharibə məsələsində iki cəbhəyə bölünüb. Dini kəsim və SEPAH Amerika ilə danışıqlarda elə də həvəsli deyil. Prezident Pezeşkian isə məsələni yumşaltmaq və müharibənin qarşısını almaq üçün ciddi cəhdlər göstərir”.

7 ölkənin parçalanması planı

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov danışıqlar yolu ilə Vaşinqtonla Tehran arasında strateji razılaşmanın əldə olunacağına inanmadığını deyib:

“Tehran ABŞ-ın tələblərinə heç zaman razılıq verməyəcək. Digər tərəfdən, Vaşinqton İranla münasibətdə o dərəcədə idbar mövqe tutub ki, iranlılar onlara inanmır. Bununla belə danışıqların olması müharibənin gündəmdən çıxmasına qulluq edən gedişdir.

Vaxtilə Amerikanın bağlı dəhlizlərində 7 ölkənin parçalanması planı qüvvəyə minib. Bu ölkələr arasında İraq, Suriya, Livan, Sudan, hətta Səudiyyə Ərəbistanının adı hallanırdı. Yeddinci ölkə isə İrandır. Vaşinqton həmin strateji planı qüvvədə saxlayırsa, bu iki ölkə heç zaman razılığa gəlməyəcək”.

“Tehran geri çəkilməyəcək”.

Politoloq qeyd edib ki, İran Amerika siyasətini qəbul etməyəcək:

“Bu ölkə Venesuela deyil ki, ABŞ orada özünəməxsus parçalanma planını həyata keçirsin. İran müqavimət gücünün olduğunu bildirir. Hesab edirəm ki, məhz bu məqam Vaşinqtonu güc istifadəsindən çəkindirir. İran geri çəkilməyəcək və sona qədər mübarizə aparacaq”.

Müsahibimizin fikrincə, İranın tərksilah planı həm də Çin və Rusiyanın zəiflədilməsilə bağlıdır:

“Bu mənada, Tehran həmin iki ölkə üçün özünəməxsus bufer rolunu oynayır. Digər tərəfdən, onların ümumi enerji siyasətində bağlılıqları var. Çin neft təminatının 40 faizini İrandan alır”.

Rüfət Sultan, Bizim.Media   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO