“Ehtiyatda olan (nüvə – red.) materialların İrandan çıxarılması üçün heç bir səbəb yoxdur. Əgər Qərb narahatdırsa, onda 60 faiz zənginləşdirmə 20 faizə endirilə bilər, amma onlar bunun müqabilində nəsə təklif etməlidirlər”.
Bizim.Media xəbər verir ki, bunu İranın ali rəhbərinin siyasi müşaviri Əli Şamxani deyib.
O, İranın nüvə proqramının “dinc xarakter daşıdığını” qeyd edib. Əlavə edib ki, Tehran heç vaxt nüvə silahı toplamayacaq, amma qarşı tərəf bunun üçün “müəyyən bir qiymət” ödəməlidir.
Şamxaninin sözlərinə görə, zənginləşdirilmiş uranın həcmi hələ də məlum deyil, çünki ehtiyatların bir hissəsi ABŞ hücumundan sonra dağıntılar altındadır və çox təhlükəli olduğundan onu çıxarmaq üçün təşəbbüs göstərilmir. (Globalinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:05 / 03.02.2026
“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri
Hazırda oxunan: “ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri
Hazırda oxunan: “ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri
594219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































