Tailandda fil turisti öldürdü - VİDEO

Tailandda fil turisti öldürdü - VİDEO

Hazırda oxunan: Tailandda fil turisti öldürdü - VİDEO

594217

Tailandın məşhur “Kao Yai” Milli Parkında vəhşi fil turistə hücum edərək onu öldürüb.

Bizim.Media xəbər verir ki,” Bangkok Post” qəzetinin yerli polis məmuruna istinadla yaydığı məlumata görə, hadisə Banqkokdan təxminən 200 kilometr şimal-şərqdə yerləşən düşərgədə baş verib.

Tailand vətəndaşı səhər saatlarında çadırı yaxınlığında gəzərkən filin hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib. Həmin filin bundan əvvəl də iki nəfərin ölümünə səbəb olduğu bildirilir.

Hadisədən sonra milli parkın əməkdaşları və polis filin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görüb. Hakimiyyət orqanları oxşar hadisələrin qarşısını almaq məqsədilə heyvanın insanların yaşamadığı bölgələrdən birinə köçürmək imkanını nəzərdən keçirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO