Azarkeşləri daşıyan mikroavtobus qəzaya uğradı - FOTO

Azarkeşləri daşıyan mikroavtobus qəzaya uğradı - FOTO

Hazırda oxunan: Azarkeşləri daşıyan mikroavtobus qəzaya uğradı - FOTO

593060

Yunanıstanın PAOK klubunun azarkeşlərini daşıyan mikroavtobus ağır yol qəzasına uğrayıb. 

Bizim.Media xəbər verir ki, faciə Rumıniya ərazisində baş verib. İçərisində 10 azarkeşin olduğu nəqliyyat vasitəsi komandalarını dəstəkləmək üçün Yunanıstandan Fransaya, Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Lion"la oyuna yollanırmış.

Məlumata görə, dəhşətli qəza nəticəsində 7 azarkeş dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yunanıstan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya verib. Ölkənin Buxarestdəki səfirliyinə və konsulluğuna zərərçəkənlərə, eləcə də onların ailələrinə hər cür köməkliyin göstərilməsi tapşırılıb. Xüsusi nümayəndə heyəti hadisə yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara yollanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO