Dünya Əhalisinin Cinsi Əxlaqsızlıq İndeksinə əsasən, dünyanın "ən azad" ölkələri siyahısına Avstraliya, Braziliya və Yunanıstan başçılıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə "World Population Review" nəşrinin 26 yanvar tarixli məlumatında bildirilib.
Cinsi əxlaqsızlığın "beynəlxalq indeksi" altı amili nəzərə alır: cinsi partnyorların orta sayı, ilk cinsi əlaqənin yaşı, fahişəliyin qanuniliyi, nikahdan əvvəl cinsi əlaqənin sosial məqbulluğu və cinsi yolla keçən xəstəliklərin yayılması.
Məlumatlar 45 ölkənin göstəriciləri ilə müqayisə edilib.
Bu göstəricilərə əsasən Avstraliya ən "əxlaqsız" ölkə adlandırılıb. Orada adambaşına düşən orta partnyor sayı 13,3, ilk cinsi əlaqənin orta yaşı isə 17,9-dur.
Braziliyada adambaşına orta hesabla 9 cinsi partnyor, Yunanıstanda isə 10,6 partnyor düşür.
İlk “10-luğ”u Çili, Yeni Zelandiya, Almaniya, İtaliya, İsveçrə, Tayland və Cənubi Afrika tamamlayıb. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:14 / 27.01.2026
Dünyanın ən "əxlaqsız" ölkələri - İlk “10-luq” - SİYAHI
Hazırda oxunan: Dünyanın ən "əxlaqsız" ölkələri - İlk “10-luq” - SİYAHI
Hazırda oxunan: Dünyanın ən "əxlaqsız" ölkələri - İlk “10-luq” - SİYAHI
592913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































