Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

Hazırda oxunan: Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

592851

“Növbəti mərhələ bərpa deyil. Növbəti mərhələ HƏMAS-ın tərksilah edilməsi və Qəzza sektorunun demilitarizasiyasıdır”.

Bizim.Media xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Ramanın İsrailə səfərinə həsr olunmuş Knessetin xüsusi iclasında çıxış edən Benyamin Netanyahu bildirib. O vurğulayıb ki, İsrail məhz bu mərhələnin irəlilədilməsində israrlıdır.

İsrail hökumətinin başçısı qeyd edib ki, bu prosesin uzadılmaması İsrailin maraqlarına uyğundur:

“Bu ya asan yolla baş verəcək, ya da çətin yolla. Amma baş verəcək”.

İsrailin baş naziri çıxışının əvvəlində təntənəli şəkildə bəyan edib ki, Qəzzada artıq girov qalmayıb:

“Hörmətli Knesset üzvləri, biz bu yaxınlarda Ran Gvilini geri qaytardıq. Qəzzada artıq girov qalmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO