Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Hazırda oxunan: Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

588417

ABŞ prezidenti Donald Tramp Rusiyanın sülhə mane olması ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri “Truth Social” hesabında “New-York Post” nəşrinin “Putinin "hücum" iddiası Rusiyanın sülh yoluna mane olduğunu göstərir” başlıqlı məqaləsini paylaşıb.

Sözügedən məqalədə Rusiya Prezidentinin ünvanına sərt tənqid və ittihamlar öz əksini tapıb.

Üstəlik, məqalədə Rusiyanın iddialarının sülh danışıqlarını pozmaq üçün ortaya atılmış uydurma olduğu bildirilib.

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov gecə saatlarında Ukrayna hərbçilərinin Novqorod vilayətində Rusiya dövlət başçısının iqamətgahına zərbə endirməyə cəhd göstərdiyini açıqlayıb.

O bildirib ki, Kiyev bu məqsədlə 91 pilotsuz uçuş aparatından istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün dronlar məhv edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iddiaları təkzib edib.

ABŞ milli təhlükəsizlik rəsmiləri Ukraynanın Rusiya prezidenti Vladimir Putinə və ya onun heç bir yaşayış yerinə qarşı dron hücumları həyata keçirmədiyini bildiriblər.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO