Suriyanın sabiq prezidenti Bashar Əsəd ailəsi ilə birgə hakimiyyətin dəyişməsindən sonra Rusiyaya köçüb və Moskvada lüks həyat tərzi keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” Əsəd ailəsinin yaxınları, dostları və sabiq suriyalı məmurlara istinadən məlumat yayıb.
Qəzetin mənbələrindən biri bildirib ki, Əsəd Moskvada “Moskva-City” kompleksindəki “Federasiya” qülləsinin 62-ci mərtəbəsində yerləşən Sixty restoranında nahar edərkən müşahidə olunub. Restoran rus siyasi elitası və xarici məşhurlar arasında məşhurdur və Əsəd orada VIP qonaq statusunda olub.
Əsəd ailəsi əvvəlcə Four Seasons otelində qalıb. Burada mənzillərin kirayəsi həftədə 13 min dollar olub. Sonrakı mərhələdə onlar “Federasiya” qülləsində iki mərtəbəli penthaus kirayələyib, daha sonra isə Rublyovkadakı xüsusi evə köçüblər. Die Zeit və The Guardian də Əsədin Moskvada yaşamasını və Rublyovkaya köçdüyünü qeyd etmişdi. The Guardian əlavə edirdi ki, sabiq prezident Moskvada oftalmologiya üzrə təhsil aldığı dərslərə qatılır.
NYT mənbələri bildirir ki, Əsəd hələ də Rusiya xüsusi xidmətlərinin qoruması altındadır və onun hərəkətləri nəzarətdə saxlanılır.
Qəzetin məlumatına görə, Bəşər Əsədin kiçik qardaşı Mahir Əsəd də Moskvada yaşayır. O, əvvəllər Suriyanın 4-cü zirehli diviziyasına komandanlıq edib. Mahir Əsəd bir neçə dəfə “Capital Towers” yaşayış kompleksində müşahidə olunub və sosial şəbəkələrdə onun Afimall ticarət mərkəzində yerləşən Myata Platinum qəlyanaltısında görüntüsü də yayımlanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:33 / 23.12.2025
Bəşər Əsəd və qardaşı Mahir Moskvada necə yaşayır? – VİDEO
Hazırda oxunan: Bəşər Əsəd və qardaşı Mahir Moskvada necə yaşayır? – VİDEO
Hazırda oxunan: Bəşər Əsəd və qardaşı Mahir Moskvada necə yaşayır? – VİDEO
586990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































